Bank Of Baku

Azərbaycan və Rusiyanın aparıcı bankları əməkdaşlığı genişləndirir

Azərbaycan və Rusiyanın aparıcı bankları əməkdaşlığı genişləndirir
# 06 sentyabr 2010 08:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Moskvada Azərbaycan Beynəlxalq Bankı ilə Rusiya «Sberbank»ı arasında qarşılıqlı anlaşma və əməkdaşlıq barədə memorandum imzalanıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu sənəd Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsinin daha da genişləndirilməsi, effektiv istehsal sahələrinin kreditləşdirilməsi, müxtəlif istiqamətləri əhatə edən layihələrin birgə maliyyələşdirilməsi, o cümlədən daşınmaz əmlakla bağlı sahələrin inkişaf etdirilməsi, investisiya proqramlarında iştirak və yeni iş yerlərinin açılması imkanları yaradır.

Sənəddə əməkdaşlığın əsas istiqamətləri kimi dövlət və fərdi partnyorluq zəminində layihələrin həyata keçirilməsində təşkilati və maliyyə sxemlərinin təhlili, makroiqtisadi, hüquqi, maliyyə-kredit məlumatlarının birgə araşdırılması, bununla da nəzərdə tutulan qlobal işlərin uğurla başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, «Sberbank» MDB-nin ən iri bank təşkilatıdır. Bankın aktivləri Rusiya bank sisteminin 27%-ni, ölkə bank kapitalının 26%-ni təşkil edir.

Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR