Bank Of Baku

Azərbaycan birja valyuta bazarının dövriyyəsi kəskin azalıb

Azərbaycan birja valyuta bazarının dövriyyəsi kəskin azalıb
# 06 sentyabr 2010 08:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda ABŞ dolları üzrə birja valyuta bazarının dövriyyəsi ötən həftə (avqustun 30-dan sentyabrın 3-dək) 7,046 mln. dollar təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 44% azdır. Həftə ərzində dolların orta birja məzənnəsi isə 0,8037 manata bərabər olub.

«APA-Economics»in məlumatına görə, ötən həftə ərzində birja dövriyyəsinin gündəlik göstəriciləri aşağıdakı kimi olub:




Müddətin yekunlarına görə, dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət əməliyyatlarının nəticəsi üzrə orta göstərici) dəyişməz qalaraq 0,8037 manat təşkil edib. Dolların rəsmi məzənnəsi isə 0,01% azalıb və 0,8035 manata bərabər olub:




Ötən həftə ərzində avronun rəsmi məzənnəsi 0,6% artıb. Ümumilikdə, həftənin son gününə avronun məzənnəsi 1,0300 manat təşkil edib:


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR