Bank Of Baku

Asiya İnkişaf Bankı Bakıda «Hesabatlılıq Mexanizmi»nin təqdimatını keçirəcək

Asiya İnkişaf Bankı Bakıda «Hesabatlılıq Mexanizmi»nin təqdimatını keçirəcək
# 06 sentyabr 2010 10:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabrın 7-də Asiya İnkişaf Bankı (AİB) Bakıda qeyri-hökumət təşkilatları üçün «Hesabatlılıq Mexanizmi»nin təqdimatını keçirəcək.

AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, Bankın 2003-cü ildə yaratdığı «Hesabatlılıq Mexanizmi» AİB-in dəstəklədiyi layihələrdən zərər çəkmiş insanların öz problemlərini bildirməsinə və bu problemlərin həll edilməsinə, həmçinin zərər çəkmiş şəxslərin Bankın əməliyyat üzrə qaydalarına və proseduralarına uyğunluğun araşdırılması üçün sorğu verə bilməsinə şərait yaradan müstəqil forumdur. Sözügedən təqdimat nəticədə məsləhətləşmə mərhələsinə keçəcək ki, bu da AİB-in dəstəklədiyi layihələrin səbəb olduğu problemləri həll etməkdə layihədən zərər çəkmiş insanlara kömək edən prosesdir. Bu proses şikayətlərə incə və xərclərə qənaət edən həll yolları tapmağa cəhd edir və AİB-in əməliyyat departamentlərinin layihənin idarə edilməsi və problemlərin həll edilməsi üzrə funksiyalarını əvəz etmir.

Bundan sonrakı mərhələ isə uyğunluğun araşdırılması mərhələsidir ki, burada zərərin AİB-in qaydalarına və proseduralarına uyğunluğun gözlənilməməsi nəticəsində dəydiyini müəyyənləşdirmək üçün layihədən zərər çəkmiş insanların tələbi əsasında birbaşa və maddi zərər iddiaları araşdırılır.

Qeyd edək ki, 2003-cü ilin dekabr ayından indiyə qədər AİB-ə 27 şikayət daxil olub. Onlardan 17-i qeyri-müvafiq, 9-u müvafiq, 1-nə isə baxılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR