Bank Of Baku

«Atəşgah Sığorta» avtomobil sığortası üzrə yeni məhsulunu təqdim edib

«Atəşgah Sığorta» avtomobil sığortası üzrə yeni məhsulunu təqdim edib
# 06 sentyabr 2010 13:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Sığorta» şirkəti avtonəqliyyat vasitələrinin sahibləri üçün «Arxayın sürücü» adlı yeni məhsulunu təqdim edib.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, müştərilər ildə 135 manat ödəməklə öz avtomobillərini 2 500 manat, 159 manat ödəyərək isə 4 000 manat məbləğində sığortalaya bilərlər.
Sığorta məhsulunun şərtlərində avtomobil mərkəzlərində keyfiyyətli təmir, franşizanın olmaması, razılaşmanın tez bir zamanda bağlanması, avtomobilə baxış keçirilmədən sığortalanma, lazım olan anda və ya qəza baş verərsə avtomobilin evakuasiyası, müştərinin istəyindən asılı olaraq nağd ödəmənin həyata keçirilməsi, həmçinin avtomobilin istənilən texniki mərkəzdə təmiri qeyd olunub.
«Arxayın sürücü» paketini əldə edən müştərilər həmçinin könüllü əmlak sığortasının bütün növlərinə 20% endirim əldə etmək şansını da qazanırlar.
Xatırladaq ki, «Atəşgah Sığorta» şirkəti 1996-cı ilin sonunda yaradılıb. Şirkətin səhmdarları rolunda «ISR Holding» (49%), ARDNŞ (30%) və «Ran Exim» şirkəti (21%) çıxış edir. Hazırda şirkətin nizamnamə kapitalı 2,7 mln. manat təşkil edir. Şirkət müştərilərə 17 könüllü və 4 icbari sığorta növləri üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR