Bank Of Baku

Obama biznesə 100 mlrd. dollarlıq güzəştlərə hazırlaşır

Obama biznesə 100 mlrd. dollarlıq güzəştlərə hazırlaşır
# 06 sentyabr 2010 12:57 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ prezidenti Barak Obama bu həftə böhrandan sonrakı iqtisadiyyatın bərpası üçün vergi yükünün azaldıldığını elan edəcək.

APA-Economics”in AFP-yə istinadən xəbərinə görə, vergi güzəştlərinin ümumi məbləği 100 mlrd. dollar olacaq.

Vergi yükünün azaldılması nəticəsində yaranacaq büdcə kəsirini digər fəaliyyət sahələrindən toplanan korporativ vergilər hesabına bağlamaq nəzərdə tutulur.

Obamanın öz proqramını böhrandan daha çox əziyyət çəkən Viskonsin və Ohayo ştatlarına səfəri zamanı açıqlayacağı gözlənilir. O cümlədən elmi-tədqiqat və təcrübi konstruktor işlərinin korporativ xərclərinə güzəştlərin müddəti uzadılacaq, ABŞ-da yeni texnologiyaları inkişaf etdirən şirkətlər himayə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR