Bank Of Baku

«Ansar Leasing» şirkətinin portfeli 4 mln. manata çatıb

«Ansar Leasing» şirkətinin portfeli 4 mln. manata çatıb
# 06 sentyabr 2010 14:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda İslam İnkişaf Korporasiyasının (ICD) təsisçiliyi ilə yaradılan «Ansar Leasing» şirkətinin portfelinin həcmi 2010-cu ilin sentyabr ayının 1-nə 4 mln. manat təşkil edib. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin baş meneceri Ceyhun Nağıyev bildirib.

C.Nağıyevin sözlərinə görə, şirkət lizinq obyektlərinin maliyyələşdirilməsi əməliyyatlarına 2009-cu ilin oktyabr ayında başlayıb. İndiyədək maliyyələşdirilən bütün layihələr İslam prinsiplərinə uyğun həyata keçirilib.

C.Nağıyev bildirib ki, şirkətin lizinq portfelinin əsas hissəsini nəqliyyat, daşınmaz əmlak, tikinti və istehsal sahələri hesabına formalaşıb.

Qeyd edək ki, ICD tərəfindən yaradılmış «Ansar Leasing» şirkəti 2008-ci ilin dekabr ayının 12-də dövlət qeydiyyatından keçib və şirkətin nizamnamə kapitalı 5 mln. manat təşkil edir. Şirkət əsasən maliyyə lizinqi xidmətlərinin göstərilməsi ilə məşğul olur və fəaliyyəti şəriət qaydalarına əsaslanır.

Şirkətin maliyyələşdirmə şərtlərinə əsasən, lizinqin alınması üçün ilkin ödəniş 20% olmalıdır, maliyyələşdirmə müddəti isə 12-72 ay müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR