Bank Of Baku

«Azərqarant» şirkəti son bir ildə daxilolmalarını 41% artırıb

«Azərqarant» şirkəti son bir ildə daxilolmalarını 41% artırıb
# 06 sentyabr 2010 14:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərqarant» sığorta şirkətinin 2010-cu ilin yanvar-iyul aylarında topladığı sığorta haqlarının həcmi 486,025 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 37,5% azalaraq 41,561 min manat təşkil edib.

Hesabat dövründə toplanan sığorta haqlarının çox hissəsi «Fərdi qəza və xəstəlik sığortası» (221,560 min manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (141,285 min manat) və «Avtonəqliyyat vasitələrinin sığortası» (53,345 min manat) növlərinin payına düşüb. Bu növlərin ümumi daxilolmalarda xüsusi çəkisi isə müvafiq olaraq 45,6%, 29% və 11% təşkil edib.

Ödənişlərə gəldikdə isə ən çox vəsait «Fərdi qəza və xəstəlik sığortası» (18,080 min manat və ya 43,5%) və «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (11,791 min manat və ya 28,8%) növləri üzrə ödənilib.

Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «Azərqarant» sığorta şirkəti 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,7 mln. manat təşkil edib. Şirkət 23 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR