Bank Of Baku

Azərbaycanda bankomatların sayı 13% artıb

Azərbaycanda bankomatların sayı 13% artıb
# 07 sentyabr 2010 06:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda quraşdırılmış bankomatların sayı 2010-cu ilin avqust ayının 1-nə 1 809 ədəd təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 209 ədəd və ya 13,1% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin avqustun 1-nə bankomatların 1 014-ü Bakı şəhərində, 795-i isə digər şəhər və rayonlarda yerləşir.

Eyni zamanda ölkə üzrə mövcud POS-terminalların sayı 8 769 ədəd olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 284 ədəd və ya 3,4% çoxdur. POS-terminalların 7 980-i Bakı şəhərində, 789-u isə digər regionlarda yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR