Bank Of Baku

«AGLeasing» şirkətinin portfeli 4 mln. manata çatıb

«AGLeasing» şirkətinin portfeli 4 mln. manata çatıb
# 07 sentyabr 2010 06:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AGLeasing» şirkətinin lizinq portfelinin həcmi 2010-cu ilin sentyabr ayının 1-nə 3,990 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün eyni göstəricisi ilə müqayisədə 44% azdır.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin lizinqə verdiyi avadanlıqların dəyəri 37,4% azalaraq 6,775 mln. manat olub.

Bu müddət ərzində şirkətin nizamnamə kapitalının (1 mln. manat) həcmində artım olmayıb, bağlanmış lizinq müqavilələrinin sayı isə 115-ə çatıb. Lizinq portfelinin strukturuna gəldikdə isə, tikinti, ictimai nəqliyyat və istehsalat sahələri portfelin əsasını təşkil edib.

Xatırladaq ki, «AGLeasing» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «AGBank» ASC, Böyük Britaniyanın «Hyperion Capital İnvestments Ltd.» və ABŞ-ın «Delta Trans Group LLC.» şirkətləri çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR