Azərbaycanın FATF-ın xüsusi siyahısından çıxarılacağı gözlənilir
Qeyd edək ki, FATF PL/TMM sahəsində strategiyaların həm ölkədaxili, həm də beynəlxalq səviyyədə hazırlanması və təbliği məqsədini qarşısına qoymuş və 1989-cu ildə G-7 ölkələrinin Paris sammitində yaradılmış hökumətlərarası qurumdur. FATF PL/TM-ə qarşı fəaliyyət üzrə beynəlxalq standartları müəyyən edir, bu standartların ölkələr tərəfindən tətbiqini qiymətləndirir və dövlətlər üçün icrası məcburi xarakter daşıyan qərarlar qəbul edir.
FATF 2009-cu ildə 140-a yaxın ölkədə PL/TMM sahəsində boşluqları qiymətləndirib və bu qiymətləndirmə əsasında ölkələri PL/TMM sahəsində mövcud olan risklərə görə üç qrupa ayırıb: PL/TMM sahəsində mühüm çatışmazlıqlara malik olması ilə əlaqədar barəsində sanksiyalar tətbiq edilən ölkələr; PL/TMM sahəsində boşluqlara malik olan və bu istiqamətdə FATF ilə əməkdaşlıq etməyən ölkələr; PL/TMM sahəsində boşluqlara malik, lakin onların aradan qaldırılması üçün siyasi iradəyə və xüsusi fəaliyyət planına malik olan ölkələr.
Nəticədə, Azərbaycan üçüncü qrupa daxil edilib və boşluqların aradan qaldırılması üçün qarşılıqlı şəkildə razılaşdırılmış fəaliyyət planı təsdiq edilib. FATF-ın 2010-cu ilin iyun ayında keçirilmiş növbəti plenar iclasında aparılan müzakirələr zamanı Azərbaycanın PL/TMM sisteminin inkişafı ilə bağlı tədbirlər planının uğurla icra etdiyi qeyd olunub, o cümlədən, milli qanunvericiliyin təkmilləşdirilməsi, habelə Maliyyə Monitorinqi Xidmətinin funksionallığının artırılması ilə bağlı fəaliyyətlər təqdir edilib.
Bununla da həmin iclasda Azərbaycanın FATF-ın siyahısından çıxarılması üçün müvafiq proseduralara başlanılması məqsədəuyğun hesab edilib. Bununla əlaqədar olaraq, PL/TMM sisteminin inkişafı ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən irəli sürülmüş tövsiyələrin icrası istiqamətində aparılmış islahatların və fəaliyyətlərin nəticələri ilə əyani şəkildə tanış olmaq üçün Azərbaycana müvafiq qiymətləndirmə missiyasının göndərilməsi barədə qərar qəbul edilib. Beləliklə, bu missiyanın nəticəsindən asılı olaraq Azərbaycanın FATF-ın «xüsusi diqqət tələb edən» ölkələrin siyahısından tam olaraq çıxarılacağı gözlənilir.
FATF-ın missiyasının ölkəyə səfəri çərçivəsində Azərbaycan Nazirlər Kabinetində, Mərkəzi Bankda, Milli Təhlükəsizlik Nazirliyində, Maliyyə Monitorinqi Xidmətində, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində, habelə bir sıra kommersiya banklarında görüşlər keçiriləcək.
Keçiriləcək görüşlər və aparılacaq müzakirələrin əsas məqsədi Azərbaycanda PL/TMM sisteminin inkişafı ilə əyani surətdə tanış olmaq, müvafiq məsələlər barədə səlahiyyətli orqanlarla müzakirələr aparmaqdır.
«Azərbaycanda maliyyə-iqtisadi sistemdə şəffaflığın artırılması və təhlükəsizliyin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində PL/TM-lə effektiv mübarizə sisteminin daha da təkmilləşdirilməsi ölkənin maliyyə sisteminə beynəlxalq etimadın yüksəlməsinə şərait yaradır», - deyə Maliyyə Monitorinqi Xidmətindən bildirilib.
Maliyyə
Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib - FOTO
“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb
ING: Ermənistanın seçki nəticələri Azərbaycanla münasibətlərdə riskləri tam aradan qaldırmır
ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq
Xəbər Lenti
ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb
FT: Konqodakı Ebola epidemiyası gələcək qlobal pandemiyanın məşqi ola bilər
NYT: ABŞ-ın bəzi ştatlarında separatçı meyllər güclənir
Klopp: Dünya çempionatındakı su fasilələri sponsorlar üçündür
DÇ-2026: Braziliya Mərakeşlə heç-heçə edib
Macarıstanın Baş naziri: Ukraynanın Aİ-yə üzvlük prosesi uzun və mürəkkəb olacaq
ABŞ-ın Cənubi Karolina ştatında ticarət mərkəzində atışma olub
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
Haitidə Müdafiə Nazirliyinin aparat rəhbəri oğurlanıb
DÇ-2026: Qətər İsveçrə ilə heç-heçə edib
Axios: ABŞ və İran iyunun 14-də virtual formatda memorandum imzalayacaq
ABŞ və İran nümayəndələri gələn həftə İsveçrədə görüşə bilər
Meksikada şəhər meri güllələnərək öldürülüb
DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb
Ukrayna XİN bioloji silah hazırlanması iddialarını təkzib edib
Azərbaycanın tanınmış dövlət xadimi Hidayət Orucov vəfat edib
Tramp Parisdə Makronla görüşəcək
Tovuzda yol qəzası ölümlə nəticələnib - FOTO
Almaniyada II Dünya müharibəsindən qalmış "StuG III" özüyeriyən artilleriya qurğusu tapılıb
Azərbaycan millisi Çövkən üzrə dünya çempionu olub - FOTO
Xəzər rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO
Moskvada güclü leysan yağışları fəsadlar törədib - VİDEO
AZAL Naxçıvan reyslərində gecikmələrin səbəbini açıqlayıb
KİV: ABŞ-İran sazişi Netanyahu üçün strateji zərbə ola bilər
Tramp: İranla saziş sabah imzalanacaq, Hörmüz boğazı dərhal açılacaq
Flora Kərimova xəstəxanaya yerləşdirilib, sənətkarın müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb
Starmer NATO sammitinə qədər Britaniyanın müdafiə xərcləri planını açıqlayacaq
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb - FOTO
Kürdəmirdə yük maşını minik avtomobili ilə toqquşub, xəsarət alanlar var
DÇ-2026: Türkiyə ilk sınağına çıxır
AFP: Zelenski və Tramp Fransada G7 sammitində iştirak edəcək
İsrail ordusu Livanın cənubunda tuneldə əməliyyat keçirib, 7 "Hizbullah" döyüşçüsü öldürülüb
DÇ-2026: Braziliya Mərakeşlə qarşılaşacaq
Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib
Emin Əmrullayev Kəlbəcərin yeganə məzununun "Son zəng"ində iştirak edib
Tramp Şahbaz Şərifin ABŞ-İran razılaşmasının yaxın olduğuna dair fikirlərini bölüşür - FOTO
Ermənistanda parlament seçkilərinin yekun nəticələri sabah açıqlanacaq
Azərbaycanla ABŞ TRIPP-in icrası məsələlərini nəzərdən keçirib
Rəsmi Tehran: ABŞ-la razılaşma yekun saziş deyil, nüvə məsələsi müzakirə olunmur
İrandan PUA ilə 11 kq-dan çox marixuananın Azərbaycana keçirilməsinin qarşısı alınıb
İran XİN sözçüsü: ABŞ-la memorandum sabah imzalanmayacaq, gözləmək lazımdır
Ukrayna ordusu Rusiyanın mühüm neft infrastrukturu obyektlərini vurub
İsrail ordusu son bir gündə “Hizbullah”ın 70-dən çox obyektinə zərbə endirib
"Baharın 17 anı" filminin tanınmış latviyalı aktyoru vəfat edib
Pakistan Baş naziri: ABŞ və İran razılaşmaya əvvəlkindən daha yaxındır, sülh sazişi 24 saat ərzində imzalana bilər
Seyid Əli Xamenei iyulun 9-da dəfn ediləcək
Naxçıvanski adına Hərbi Liseyin rəisi: Məzunlarımız Azərbaycanın keşiyində məğrurcasına dayanır - FOTO