Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı kotirovka sorğuları keçirir

Azərbaycan Mərkəzi Bankı kotirovka sorğuları keçirir
# 07 sentyabr 2010 08:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) bəzi avadanlıqlar (plotter, plotter üçün katric, plotter kağızı, proyektor, proyektor üçün ekran və şreyder) alınması, həmçinin AMB-nin inzibati binasının tikinti sahəsində mühəndis-geoloji tədqiqat işləri aparmaq üçün qazılmış quyuların xüsusi məhlullarla doldurulması, həmçinin AMB-nin əməkdaşlarının müvafiq ixtisasartırma kurslarında iştirakı ilə bağlı kotirovka sorğuları keçirir.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, sorğuda birinci və üçüncü lot üzrə iştirak haqqı 30 manat, ikinci lot üzrə isə 50 manatdır.

Sorğuda iştirak etmək istəyənlər müvafiq sənədləri sentyabrın 16-dək AMB-yə təqdim etməlidir. Zərflər isə sentyabr ayının 17-də AMB-nin inzibati binasında açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR