Bank Of Baku

Bakıda Böyük Britaniya Mərkəzi Bankının iştirakı ilə seminar keçirilir

Bakıda Böyük Britaniya Mərkəzi Bankının iştirakı ilə seminar keçirilir
# 07 sentyabr 2010 12:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Böyük Britaniya Mərkəzi Bankı (Bank of England) Mərkəzi Bankçılıq Tədqiqatlar Mərkəzinin (CCBS) birgə layihəsi çərçivəsində Bakıda «Pul siyasəti və əməliyyatlar, onların maliyyə sabitliyi ilə qarşılıqlı əlaqəsi» mövzusunda seminar başlayıb.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, bu ilin sentyabr ayının 9-dək davam edəcək seminarda pul siyasəti və maliyyə sabitliyi arasındakı qarşılıqlı əlaqə, pul siyasətinin transmissiya mexanizmi və pul siyasəti, maliyyə köpuyü və prudensial idarəetmə kimi məsələlər müzakirə edilir.

Seminarın açılışında çıxış edən AMB-nin İdarə Heyətinin sədr müavini Xəqani Abdullayev bildirib ki, Azərbaycan 2009-cu ildə qlobal-iqtisadi böhrana qarşı preventiv tədbirləri müvəffəqiyyətlə həyata keçirib.

X.Abdullayev qeyd edib ki, postböhran şəraitində dünya mərkəzi bankları qarşısında yeni çağırışlar yaranıb. Başlıca vəzifələrdən biri pul siyasəti dizaynının təkmilləşdirilməsi və prudensial idarəetmənin makroiqtisadi səmərəsinin artırılmasıdır.

Qeyd edək ki, tədbir pul siyasəti, maliyyə sabitliyi və bazar əməliyyatları sahələrini təmsil edən orta menecment və təcrübəli peşəkarlar üçün nəzərdə tutulub. Seminarda Rusiya, Türkiyə, Gürcüstan, Litva və AMB-nin nümayəndələri iştirak edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR