Bank Of Baku

Yaponiya hökuməti ilk dəfə intiharların iqtisadiyyata vurduğu zərəri hesablayıb

Yaponiya hökuməti ilk dəfə intiharların iqtisadiyyata vurduğu zərəri hesablayıb
# 07 sentyabr 2010 12:36 (UTC +04:00)
Bakı - APA-Economics. Ötən il əhali arasındakı depressiya və intiharlar Yaponiya iqtisadiyyatına 2,68 mlrd. yena (31,8 mlrd. dollar) zərər vurub.

APA-Economics”in AFP-yə istinadən xəbərinə görə, Yaponiya hökuməti ilk dəfə olaraq intiharların iqtisadiyyata vurduğu zərəri hesablayıb.

Hesablama zamanı depressiyada olan vətəndaşlara tibbi ödənişlər, özünü öldürənlərin və onların ailələrinin itirilmiş gəlirləri, eləcə də digər faktorlar nəzərə alınıb. 2009-cu ildə 15-69 yaşlı 26,5 min yaponun intihar etməsi nəticəsində Yaponiya iqtisadiyyatı 1,9 trln. yena (22,5 mlrd. dollar) itirib.

Qeyd edək ki, Yaponiya intiharların sayına görə inkişaf etmiş ölkələr arasında liderdir. 2009-cu ildə 32,8 min yapon intihar edib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Yaponiyada hər 100 min kişiyə 35,8 intihar düşür. Dünyada cəmi 7 ölkə Yaponiyanın bu göstəricisini qabaqlayır. Onlardan biri Belarusda hər 100 min kişidən 63,3 nəfəri intihar edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR