Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı son bir ildə aktivlərini 53% artırıb

Azərbaycan Beynəlxalq Bankı son bir ildə aktivlərini 53% artırıb
# 07 sentyabr 2010 12:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivlərinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 5 298,241 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin iyul ayının 1-i ilə müqayisədə 53% çoxdur.

ABB-nin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 34% genişlənərək 2 816,889 mln. manata, o cümlədən əhalinin əmanətləri 27% artaraq 438,065 mln. manata, kredit portfeli 58% artaraq 4 063,764 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 1% artaraq 360,239 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 13% artaraq 627,726 mln. manat, o cümlədən nizamnamə kapitalı 21,5% artaraq 240 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın gəlirləri 6,9% azalaraq 182,325 mln. manat, xərcləri isə 25,7% artaraq 120,178 mln. manat olub.

Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Cari ilin iyul ayının 1-nə bankın 37 filialı, 590 bankomatı, 2 835 POS- terminalı, 1 211 işçisi və 949 626 müştərisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR