Bank Of Baku

Azərbaycandakı bankların aktivlər üzrə renkinqi

Azərbaycandakı bankların aktivlər üzrə renkinqi
# 07 sentyabr 2010 13:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gündən etibarən «APA-Economics» Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatlarının 2010-cu ilin iyul ayının 1-nə müxtəlif maliyyə göstəriciləri üzrə renkinqlərinin hazırlanmasına başlayır.

Layihənin əsas məqsədi Azərbaycandakı bankların maliyyə-təsərrüfat fəaliyyəti və onun nəticələri haqqında ictimaiyyətin və potensial investorların məlumatlandırılmasıdır.

Layihənin ilk komponenti bankların aktivlər üzrə renkinqinin tərtib olunmasıdır. Aşağıdakı cədvəldə ölkədəki banklar 2010-cu il iyul ayının 1-nə olan aktivlərinin həcminə görə sıralanıb:

(mln. AZN)

Banklar


Aktivlər


Azərbaycan Beynəlxalq Bankı 

5 298,241 

Kapital Bank 

682,085 

Bank Standard 

571,948 

Xalq Bank 

480,021 

Texnikabank

452,783 

Unibank

341,857 

Paşa Bank 

340,720 

AccessBank

338,240 

Bank Respublika 

305,223 

10 

DəmirBank

295,358 

11 

AGBank 

255,134 

12 

Bank of Baku 

216,418 

13 

AtaBank 

205,825 

14 

Zamin Bank  

199,318 

15 

Nikoil Bank  

182,059 

16 

Muğan Bank 

171,618 

17 

YapıKredi Bank Azerbaijan

171,168 

18 

Bank of Azerbaijan  

159,984 

19 

Royal Bank  

156,814 

20 

Turanbank 

119,990

21 

Rabitabank 

111,598 

22 

Azərbaycan Sənaye Bankı 

111,002 

23 

Parabank

102,942 

24 

Amrahbank

87,283 

25 

Expressbank 

76,329 

26 

Kredo Bank 

67,496 

27 

Birlik Bank  

53,803 

28 

SilkWay Bank

47,925 

29 

NBC Bank

46,792 

30 

Azər-Türk Bank 

46,324 

31 

Bank Avrasiya

46,031 

32 

Gəncəbank

42,502 

33 

Melli İran Bankı - Bakı

41,296 

34 

United Credit Bank 

40,468 

35 

Qafqaz İnkişaf Bankı  

39,288 

36 

Deka Bank 

35,872 

37 

Atrabank 

35,710 

38 

Günaybank 

33,346 

39 

EuroBank 

29,677 

40 

Azərbaycan Kredit Bankı 

23,546 

41 

Kövsər Bank 

17,984 

42 

AFB Bank* 

43 

BTB Bank* 

44 

VTB Bank Azerbaijan*

45 

Naxçıvan Bank*

46 

Debut Bank* 

47 

Pakistan Milli Bankı – Bakı* 



Cədvəldən göründüyü kimi, hazırda Azərbaycanda faktiki olaraq 47 bank kredit təşkilatı fəaliyyət göstərsə də, «APA-Economics»in renkinqində yalnız 41 bankın aktivləri əks olunub. Bu, digər bankların KİV-lə əməkdaşlıqdan imtina etməsi, maliyyə göstəricilərini təqdim etməməsi və digər subyektiv səbəblərlə bağlıdır.

Aktivlərin renkinqinə gəldikdə isə, gözlənildiyi kimi, ilk yeri Azərbaycan və regionun ən iri bank təşkilatı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) tutub. Əsasən dövlət mülkiyyətində (50,2%) olan bu bankın aktivlərinin durmadan artması bankın inkişafı, filial şəbəkəsinin geniş olması, əsas dövlət qurumlarına xidmət göstərməsi və s. obyektiv səbəblərlə əsaslandırılır. Bu gün Azərbaycanda yalnız ABB-nin aktivlərinin həcmi milyard manatla (təqribən 6,591 mlrd. ABŞ dolları) ölçülür.

Cədvəldən göründüyü kimi, yalnız 13 bankın aktivlərinin həcmi 200 mln. manat (01.07.2010-cu il vəziyyətinə - 248,787 mln. ABŞ dolları), daha 10 bankın aktivləri 100 mln. manat həddini (124,393 mln. ABŞ dolları), 4 bankın aktivləri isə 50 mln. manat (62,197 mln. ABŞ dolları) həddini üstələyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR