Bank Of Baku

«Parabank» işçi qəbulu elan edib

«Parabank» işçi qəbulu elan edib
# 07 sentyabr 2010 13:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Parabank» ASC bir neçə mövqe üzrə vakant iş yerlərinə işçi qbulu elan edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, ictimaiyyətlə əlaqələri daha da genişləndirmək üçün bank marketinq şöbəsinə müdir, ictimaiyyətlə əlaqələr, keyfiyyətə nəzarət şöbələrinə mütəxəssis, dizayner, məlumat mərkəzinə (Call Center) mütəxəssis vəzifələrinə vakansiya elan edib. Bu sahədə iş təcrübəsi olanlara üstünlük veriləcək.

Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına göndərə bilər. Tələblərə cavab verən namizədlər müsabiqəyə dəvət olunacaq.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 102,942 mln. manat, depozit portfeli 59,651 mln. manat, kredit portfeli 69,093 mln. manat, məcmu kapitalı 13,420 mln. manat, o cümlədən nizamnamə kapitalı 15,570 mln. manat olub. Bankın ölkə üzrə 15 filialı, 17 bankomatı və 125 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR