Bank Of Baku

«DəmirBank» daha bir beynəlxalq pulköçürmə sisteminə qoşulub

«DəmirBank» daha bir beynəlxalq pulköçürmə sisteminə qoşulub
# 07 sentyabr 2010 14:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC «Blizko» pulköçürmə sistemi üzrə xidmət göstərməyə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Rusiya, Ukrayna, Qazaxıstan və digər MDB ölkələrində 6000-dən çox bank ofislərində «Blizko» təcili pulköçürmə sistemi ilə müştərilər pul vəsaitlərini göndərə və ya ala bilər. «Blizko» sistemi müştərilərə ABŞ dolları, avro və rubl şəklində köçürmələrin həyata keçirilməsinə imkan yaradır.

«DəmirBank» indiyədək qoşulduğu «Western Union», «Bıstraya Poçta», «Zolotaya Korona» və «Coinstar» sistemləri ilə ümumilikdə 200-dək ölkə üzrə pulköçürmə xidmətləri təklif edir. Bank həmçinin özünün «Şimşək» sistemi ilə ölkədaxili pul köçürmələri həyata keçirir.

Qeyd edək ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR