Bank Of Baku

«Paşa Sığorta» şirkəti işçi qəbulu elan edib

«Paşa Sığorta» şirkəti işçi qəbulu elan edib
# 07 sentyabr 2010 14:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Sığorta» şirkəti vakant iş yerlərinə işçi qəbulu elan edib. Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, boş iş yerlərinə inşaat və əmlak riskləri üzrə baş anderrayter, həyat sığortası üzrə anderrayter və təkrarsığorta üzrə mütəxəssis tələb olunur.

İnşaat və əmlak riskləri üzrə baş anderrayter vəzifəsi üzrə tələblərdə işçinin sığorta sahəsində 2-3 illik təcrübəsi, inşaat-texniki profili üzrə ali təhsili, layihələri sərbəst icra etmək qabiliyyəti qeyd olunub. Həyat sığortası üzrə anderrayter vəzifəsinə isə sığorta sahəsində 1-2 illik iş təcrübəsi, biznes proqramları və onların tərkib hissələrini əlaqələndirmək bacarığı və s. tələb olunur. Həmçinin, təkrarsığorta mütəxəssisi vəzifəsində bu sahə üzrə 1 illik iş təcrübəsi, iqtisadi və maliyyə sahəsində və yaxud riyaziyyat üzrə bakalavr diplomu və s. tələblər göstərilib.

Xatırladaq ki, «Pasha Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR