Bank Of Baku

Avropanın ən nəhəng bankının rəhbəri Böyük Britaniyanın ticarət naziri olacaq

Avropanın ən nəhəng bankının rəhbəri Böyük Britaniyanın ticarət naziri olacaq
# 07 sentyabr 2010 14:38 (UTC +04:00)
Bakı - APA-Economics. Avropanın ən nəhəng bankının rəhbəri Böyük Britaniya hökumətində ticarət naziri vəzifəsinə təyin olunacaq.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu, HSBC-nin Direktorlar Şurasının sədri Stiven Qrindir.

62 yaşlı S.Qrin HSBC-də 1992-ci ildən işləyir. 2003-cü ildə bankın baş direktoru, 2006-cı ildə Direktorlar Şurasının sədri təyin olunub.

Qeyd edək ki, 2010-cu ilin may ayına qədər Böyük Britaniyanın leyboristlər hökumətində ticarət naziri postunu “Standard Chartered bank”ın Direktorlar Şurasının sədri mervin Devis tutub. Leyboristləri əvəz edən mühafizəkarların və liberal demokratların koalisyon hökuməti M.Devisi əvəz edəcək şəxsi uzun müddət tapa bilməyib. Bu postun təklif olunduğu biznesmenlər ondan imtina ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR