Bank Of Baku

«Kövsər Bank» yeni istiqraz emissiyasının yerləşdirilməsinə başlayır

«Kövsər Bank» yeni istiqraz emissiyasının yerləşdirilməsinə başlayır
# 07 sentyabr 2010 14:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Kövsər Bank» ASC sentyabrın 8-dən etibarən təmin edilmiş adlı sənədsiz istiqrazlar emissiyasıının yerləşdirilməsinə başlayacaq. Yerləşdirmə Bakı Fond Birjası vasitəsilə həyata keçiriləcək.

Bakı Fond Birjasından «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 200 avro, sayı 5 550 ədəd, emissiyanın ümumi həcmi isə 1,110 mln. avro təşkil edir. İstiqrazların yerləşdirilməsində anderrayter rolunda «Texnika Capital Management» ASC çıxış edəcək.

Xatırladaq ki, «Kövsər Bank» ASC 1989-cu ildə «Universal Bank» kimi yaradılıb. Bank 2003-cü ildən İslam Bankları Assosiasiyası (İBA), o cümlədən İslam Bankları və Maliyyə İnstitutlarının Audit və Mühasibat Təşkilatının üzvüdür. Cari ilin aprel ayının 1-nə «Kövsər Bank»ın aktivlərinin həcmi 16,843 mln. manat, derozit portfeli 2,479 mln. manat, məcmu kapitalı 10,239 mln. manata, o cümlədən nizamnamə kapitalı 10,020 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR