Bank Of Baku

Avqustda Azərbaycanda 0,7%-lik inflyasiya qeydə alınıb

Avqustda Azərbaycanda 0,7%-lik inflyasiya qeydə alınıb
# 08 sentyabr 2010 07:43 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində ərzaq məhsullarının qiymətləri 1%, qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,2% bahalaşıb.

Ötən ay ərzaq məhsullarından buğda unu, çörək məhsulları, makaron məmulatları, mal əti, qatıq, brınza pendiri, yumurta, kərə yağı, bitki yağları, limon, banan, şabalıd, kələm, xiyar, pomidor, çuğundur, kök, kartofun qiyməti bahalaşıb. Eyni zamanda ay ərzində bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunub: «Məsələn, toyuq məhsulları, təzə balıq, pasterizə olunmamış üzlü süd, xama, alma, armud, qarpız və yemiş, üzüm, badımcan, soğanın qiyməti ucuzlaşıb».

Ay ərzində qeyri-ərzaq mallarından geyim və ayaqqabı qrupları üzrə ucuzlaşma, inşaat malları üzrə isə bahalaşma müşahidə olunub.

Avqust ayında əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələrinə hava və dəmiryol sərnişindaşıma nəqliyyatı üzrə bahalaşma qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR