Bank Of Baku

Hər bir yeddinci britaniyalının ailəsindən gizlin bank hesabı var

Hər bir yeddinci britaniyalının ailəsindən gizlin bank hesabı var
# 08 sentyabr 2010 08:56 (UTC +04:00)
Bakı - APA-Economics. Hər bir yeddinci britaniyalı ailəsindən gizlin pullarını saxladığı bank hesabına malikdir.

APA-Economics”in “The Independent”ə istinadən xəbərinə görə, banklardakı gizli hesablarda orta hesabla 2 min funt-sterlinq saxlanılır, hər 20-ci şəxs isə bankda 10 min funt-sterlinq saxlayır.

Gizli hesaba malik şəxslərin 25%-i bu addımlarını ehtiyat üçün saxlayırlar ki, sevgilisindən ayrılarkən maddi problemlə üzləşməsinlər. 18% isə bunu şəxsi iş kimi dəyərləndirir və bildirir ki, bunun ailələrinə aidiyyəti yoxdur. 20%-in fikrincə, ehtiyat pul onlara özlərini müstəqil hiss etmək imkanı verir, 10% isə həyat yoldaşının israfçılığını qarşısını almaq üçün gizli hesaba malik olduğunu deyir.

Kişilər qadınlardan iki dəfə çox gizli pul ehtiyatına malik olur və gizli hesablarda 10%-dən çox məbləğ saxlayırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR