Bank Of Baku

Azərbaycan əhalisi nağd funtun alışını artırıb

Azərbaycan əhalisi nağd funtun alışını artırıb
# 08 sentyabr 2010 08:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən 2010-cu ilin yanvar-iyul ayları ərzində banklar vasitəsi ilə satılmış nağd Britaniya funtunun həcmi 1 005 900 funt, alışın həcmi isə 9 770 800 funt təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə satış həcmi 4,2% azalıb, alış həcmi isə 16,4% artıb.

Qeyd edək ki, Azərbaycanda nağd funt üzrə əməliyyatların həcmi ilbəil artır ki, bu da birbaşa olaraq Böyük Britaniya ilə ticarət əlaqələri, işgüzar və fərdi səfərlərin artması ilə bağlıdır, bu da ilk növbədə funtun alışının artması ilə təsdiqlənir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR