Bank Of Baku

İstanbul Maliyyə Sammitinə hazırlıqla bağlı toplantı keçirilib

İstanbul Maliyyə Sammitinə hazırlıqla bağlı toplantı keçirilib
# 08 sentyabr 2010 09:38 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə IFS əlaqə ofisinin İcra Komitəsindən məlumat verilib.

Sentyabrın 7-də «PGlobal» və «Yedi24» Şirkətlər Qrupunun iştirakı ilə İstanbulda tədbirin təşkili ilə bağlı toplantı keçirilib. Toplantıya IFS Məsləhət Qrupunun üzvləri Murad Yülek, Gülər Manisalı Darman, Əli Bilgə və Dursun Topçu və İcra Qrupunun rəhbəri Ömər Faruk Ünal qatılıb.

IFS təşkilat qrupunun rəhbəri Murad Yülek bildirib ki, sammit İstanbulun təqdimatına və maliyyə mərkəzi olmasına əhəmiyyətli təsir göstərəcək. Tədbirdə Şərqi Asiyadan Şimali Amerikaya qədər maliyyə dünyasının tanınmış şəxsləri iştirak edəcək.

Zirvə görüşünün İstanbulun təqdimatına və maliyyə mərkəzi olması hədəfinə əhəmiyyətli təsir göstərəcəyini qeyd edən M.Yülek «IFS-də müzakirə olunacaq mövzular dünyanın hər yerində səs gətirəcək. Sammitdə yüksək səviyyədə iştirak gözləyirik», - deyə vurğulayıb.

IFS-də həm Türkiyəni, həm də dünyanın digər ölkələrini yaxından maraqlandıran mövzular hərtərəfli müzakirə olunacaq. Sammitdə «Böhran sonrası qlobal maliyyə sektorunda tənzimləmə və islahat ehtiyacları», «Mərkəz bankçılığı: böhran sonrası İqtisadi və Mali Sabitlik», «Maliyyə Mərkəzləri: Təcrübə və Duellər», «Enerji, Yerli rəhbərliklər, infrastruktur və layihə maliyyələşməsi», «İslam maliyyəsi: çatışmazlıqlar aradan qaldırıla bilərmi?», «Böhran sonrası sərmayə bazarları və törəmə vasitələri», «Ticarət maliyyələşdirilməsi və ixracat kredit sığortası» və s. mövzularda müzakirələr aparılacaq və məruzələr dinləniləcək.

Açılış mərasimində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın çıxış edəcəyi gözlənilən sammitin məruzəçiləri arasında dövlət naziri Əli Babacan, maliyyə naziri Mehmet Şimşək, Mərkəzi Bankın rəhbəri Durmuş Yılmaz, Sərmayə Bazarı Təşkilatının rəhbəri Vedat Akgiray, Hindistan Mərkəzi Bankının sədri Subir Gokarn, Bankçılıq Nəzarət və Tənzimləmə təşkilatının rəhbəri Tevfiq Bilgin, «Doğuş» Şirkətlər Qrupu İdarə Heyətinin sədri Fərid Şahəng, «Doğan Holding» İdarə Heyətinin sədri Arzuhan Doğan Yalçındağ, İrlandiya Daşınan Qiymətlər Birjasının direktoru Aileen O’Donoghuen, Meksika Mərkəzi Bankının rəhbəri Augustin Carstens, «Citigrhup»un baş iqtisadçısı Villem Buiterin (Willem Buiter), Braziliya Mərkəzi Bankının sədrinin müavini Luiz Auazu Pereira da Silvanın, Polşa Mərkəzi Bankının İdarə heyətinin üzvü Zbigniev Hokubanın, ICD (Islamic Corporation for evelopment of the Private Sector) İdarə Heyətinin rəhbəri Xalid əl-Aboodi və digər şəxslər var.

«PGlobal» və «Yedi24» Şirkətlər Qrupu tərəfindən təşkil olunan sammitin strateji tərəfdaşı qismində İstanbul Ticarət Platası, qızıl sponsoru qismində «Finansbank», «Garanti Bankası» və «Unicredit Group» çıxış edir. Zirvəyə Türkiyə Xəzinə Müştəşarlığı, Mərkəzi Bank, Sərmayə Bazarı Təşkilatı, Dövlət Planlama Təşkilatı Müştəşarlığı, Bankçılıq Nəzarət və Tənzimləmə Təşkilatı və «Anadolu» xəbər agentliyi kimi dövlət qurumları rəsmi dəstək verir.

Qeyd edək ki, Azərbaycanın APA İnformasiya Agentliyi «IFS-2010»un rəsmi media tərəfdaşı seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR