Bank Of Baku

Azərbaycan Bank Tədris Mərkəzi yeni kurslara başlayır

Azərbaycan Bank Tədris Mərkəzi yeni kurslara başlayır
# 08 sentyabr 2010 10:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) 2010-cu ilin sentyabr ayının sonunda növbəti «Beynəlxalq Diplomlu Peşəkar Mühasib» (CIPA - Certified International Professional Accountant) kurslarına başlayacaq.

ABTM-dən «APA-Economics»ə verilən məlumata görə, sentyabrın 27-dən noyabrın 15-dək davam edəcək kurslar maliyyə uçotu, idarəetmə uçotu, vergi və hüquq mövzularının əhatə edəcək.

Rus dilində tədris olunacaq kurslarda iştirak haqqı maliyyə və idarəetmə uçotu mövzuları üzrə 800 manat, vergi və hüquq mövzuları üzrə 700 manat (imtahan pulu daxil olmaqla; ƏDV-siz) təşkil edir. Eyni şəxs CAP proqramı üzrə ikinci və ya üçüncü dəfə kurslarda iştirak edirsə, onda həmin şəxsə iştirak etdiyi kursun qiymətində 25% güzəşt nəzərdə tutulur. İmtahanlar CIPA-EN tərəfindən noyabrın 19-22-də Bakıda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR