Bank Of Baku

«Bank Respublika»nın «Ofis24» məntəqəsi bayram günlərində fasiləsiz işləyəcək

«Bank Respublika»nın «Ofis24» məntəqəsi bayram günlərində fasiləsiz işləyəcək
# 08 sentyabr 2010 12:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC Ramazan Bayramı ilə əlaqədar qeyri-iş günlərində də bank xidmətləri göstərəcək. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın «Ofis24» məntəqəsi sentyabr ayının 9, 10, 11 və 12-də 24 saat açıq olacaq.

Bayramda müştərilər «Western Union», «Bıstraya Poçta», «Coinstar», «PrivatMoney», «Xpress Money», «Blizko», «Allur» və «Zolotaya Korona» sistemlərilə pul göndərə və ya ala, mobil rabitə və ya kommunal ödənişləri apara, valyuta mübadiləsi xidmətindən istifadə, cari hesab üzrə əməliyyat apara, əmanətlərin qəbulu, kredit üzrə borcun ödənilməsi və digər xidmətlərdən istifadə edə bilərlər.

Qeyd edək ki, bankın «Ofis24» məntəqəsi Bakı şəhəri, Neftçilər pr-ti,67 ünvanında yerləşir.

«Bank Respublika» 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında «25% + 1 səhm» paketi Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» şirkətinə məxsusdur. Bankın ölkə üzrə 33 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR