Bank Of Baku

Bakıda auditlə bağlı seminar keçiriləcək

Bakıda auditlə bağlı seminar keçiriləcək
# 20 oktyabr 2010 07:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu il oktyabr ayının 23-də Azərbaycan Auditorlar Palatasının binasında Daxili Auditorlar İnstitutunun üzvləri və digər maraqlanan şəxslər üçün «Müasir şəraitdə daxili auditin vəzifələri: daxili auditin aparılması texnologiyası» mövzusunda seminar keçiriləcək.

Auditorlar Palatasından «APA-Economics»ə verilən məlumata görə, seminarda palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbov, müstəqil auditor N.Abbaslı və «Royal Bank» ASC-nin daxili auditoru S.Yusifova məruzə ilə çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR