Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının xarici ehtiyatları artıb

Azərbaycan Mərkəzi Bankının xarici ehtiyatları artıb
# 20 oktyabr 2010 13:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının xarici ehtiyatlarının həcmi 2010-cu il sentyabr ayının 1-nə 6 402,515 mln. ABŞ dolları təşkil edib. «APA-Economics»in Mərkəzi Bankın «Beynəlxalq ehtiyatlar və xarici valyutada likvidlik» hesabatına əsasən verdiyi məlumata görə, bu göstərici avqustun əvvəli ilə müqayisədə 1,4%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 24,3% artıb.

Xarici ehtiyatların tərkibində 5 924,933 mln. dollar xarici valyutada rəsmi ehtiyat aktivləri, 477,582 mln. dollar isə xarici valyutada olan digər aktivlərin payına düşüb.

Rəsmi ehtiyat aktivlərinin strukturunda 5 686,146 mln. dolları və ya 96%-i xarici valyutada ehtiyat aktivləri, 0,2 mln. dolları və ya 0,003% Beynəlxalq Valyuta Fondu üzrə ehtiyat mövqe, 238,587 mln. dolları və ya 4%-i Xüsusi Borcalma Hüquqlarında (SDR) olan ehtiyatlar təşkil edib.

Qeyd edək ki, xarici valyutada ehtiyat aktivlərinin 3 976,602 mln. dolları və ya 70%-i digər mərkəzi banklarda, BVF-da yerləşdirilmiş vəsaitlər, 1 431,078 mln. dolları və ya 25,2%-i qiymətli kağızlar, 278,466 mln. dolları və ya 4,8%-i baş idarəsi xaricdə olan, hesabat verən banklarda yerləşdirilmiş vəsaitlər təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR