Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov: “Növbəti 5 il ərzində Neft Fondunun aktivlərinin 50 milyard ABŞ dollarına qədər artması proqnozlaşdırıla bilər”
“Azərbaycanda son illər ərzində formalaşdırılmış inkişaf bazası, hərtərəfli, balanslaşdırılmış sosial-iqtisadi siyasət, böyük həcmdə strateji valyuta ehtiyatları imkan verir ki, qarşıya qoyulan bütün vəzifələr, o cümlədən iqtisadi, sosial, hərbi, ekoloji və digər bir çox məsələlər tez bir zamanda öz həllini tapsın. Azərbaycan Respublikası Dövlət Neft Fondu yaradılarkən 271 milyon ABŞ dollarına bərabər aktivlərinin həcmi ildən-ilə artaraq, 2008-ci ildə ilk dəfə olaraq 10 milyard ABŞ dollarını, 2010-cu ilin 9 ayının yekunlarına görə isə artıq 20 milyard ABŞ dollarını keçib. Son üç il ərzində Neft Fondunun aktivləri təxminən 10 dəfə artıb. Xam neftin cari qiymətləri ilə və Fondun xərclərinin cari il səviyyəsində saxlanması şərti ilə növbəti 5 il ərzində Neft Fondunun aktivlərinin 50 milyard ABŞ dollarına qədər artması proqnozlaşdırıla bilər.
Cari ilin oktyabr ayının 1-nə olan məlumata əsasən, Fondun yaradılmasından bu günə kimi Neft Fondunun idarəetmədən toplam gəlirləri ilk dəfə olaraq 1 milyard ABŞ dollarını keçib. Bu qazanılmış ilk 1 milyard, təbii resurslardan əldə edilmiş və toplanılmış vəsaitlərin artıq kifayət qədər əhəmiyyətli, müstəqil və ən vacibi daimi gəlir mənbəyinə çevriləcəyinə əminlik yaradır.
Hazırda Neft Fondu institusional cəhətdən formalaşmaqla bərabər, ölkə daxilində və eləcə də beynəlxalq səviyyədə tanınmış və vəsaitlərin idarə edilməsi və şəffaflığın təmin edilməsi baxımından digər dövlətlərlə öz təcrübəsini bölüşməyə qadir olan bir quruma çevrilib. Ötən ilin sonunda təməli qoyulmuş Dövlət Neft Fondunun yeni inzibati binasının tikintisi isə Fondun daha sürətlə inkişaf etməsinə xidmət edəcək. Ötən həftə açıqlanmış “Revenue Watch” İnstitutunun “Transparency İnternational” təşkilatı ilə birgə dərc etdiyi təbii resursların idarəedilməsində şəffaflıq indeksinə dair hesabatında 41 ölkə sırasında Azərbaycanın 9-cu yerdə qərarlaşması onu deməyə əsas verir ki, həyata keçirilən siyasət hətta qeyri-obyektiv yanaşmaları olan beynəlxalq qurumları da çıxılmaz vəziyyətdə qoyur və ölkəmizin bu sahədə nailiyyətlərini qəbul etməyə məcbur edir.”, deyə Ş.Mövsümov bildirib.
Onun sözlərinə görə, göstərilən hesabatda Azərbaycan təbii resurslar fondları bölümünə və Mədən Hasilatı Sənayesində Şəffaflıq Təşəbbüsünün həyata keçirilməsi bölümünə görə maksimal, yəni 100 bal əldə edib.
“Azərbaycanın qoşulduğu beynəlxalq əhəmiyyətli Mədən Hasilatı Sənayesində Şəffaflıq Təşəbbüsünün həyata keçirilməsi istiqamətində əldə olunmuş nailiyyətlər və real nəticələr artıq digər ölkələr üçün nümunəyə çevrilib. Azərbaycan hökumətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmalar barədə hesabatlar və beynəlxalq auditor şirkətinin bu hesabatlara dair verdikləri rəylər ictimaiyyətə mütəmadi olaraq açıqlanır. Azərbaycan Şəffaflıq Təşəbbüsündə lider ölkə olaraq qalır və bu təşəbbüsün beynəlxalq səviyyədə idarə edilməsində fəal iştirak edir. Təşəbbüsdə iştirak edən 30-dan çox ölkədən bu günədək yalnız 6-sı tamhüquqlu üzv statusuna malik olub və bunlardan birincisi məhz Azərbaycan olub.
Neft Fondunun əsasnaməsinə uyğun olaraq Fondun digər məqsədi Azərbaycanda mühüm infrastruktur və sosialyönümlü layihələrin maliyyələşdirilməsinin təmin edilməsidir. Ölkə iqtisadiyyatına daxili mənbələr hesabına investisiyaların həyata keçirilməsində Neft Fondu mühüm rola malikdir. 2001-2010-cu illər ərzində Fonddan ümumilikdə 2,3 milyard manat vəsait ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşa və rekonstruksiya edilməsi üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilib. Eyni zamanda Fondun 14 milyard manat vəsaiti dövlət büdcəsinə transfert edilib ki, bu vəsait hesabına dövlət investisiya proqramları həyata keçirilir.
Ulu öndərin sərəncamı ilə Dövlət Neft Fondundan ilk ayrılmış vəsait ən ağır sosial vəziyyətdə olan soydaşlarımıza, qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilib. Cəmi 3 il ərzində Azərbaycanda mövcud olmuş bütün çadır düşərgələri ləğv edilib.
Neft Fondundan maliyyələşən digər layihə - “Dəmir İpək Yolu” adlanan Bakı-Tbilisi-Qars dəmir yolunun inşası Azərbaycanın tranzit potensialının genişlənməsini təmin edəcək.
Dövlət Neft Fondundan maliyyələşən layihələr - Bakının su təchizatı ilə bağlı problemlərin əsaslı şəkildə həllini təmin edəcək Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihələri mühüm yer tutur. Bu layihələrin reallaşması Bakının su təchizatı ilə bağlı məsələlərinin həllinə şərait yaradacaq”, deyə Ş.Mövsümov bəyan edib.
Maliyyə
Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib - FOTO
“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb
ING: Ermənistanın seçki nəticələri Azərbaycanla münasibətlərdə riskləri tam aradan qaldırmır
ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq
Xəbər Lenti
Tramp və Putin arasında telefon danışığı olub
İsrailin Livana zərbələrindən sonra İran-ABŞ arasındakı sülh razılaşmasının tarixi qeyri-müəyyən olaraq qalıb
Tramp və Zelenski arasında telefon danışığı olub
Tramp: “Beyruta hücum olmamalı idi, xüsusilə də İranla sülh sazişinə yaxın olduğumuz xüsusi bir gündə”
Fransa müdafiə məqsədi ilə yeni nüvə raketi hazırlayır
Ermənistanın Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini açıqlayıb
Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib - FOTO
FHN Ağdamda baş verən yanğınla bağlı məlumat yayıb
Hikmət Hacıyev Ermənistana səfər edib, Armen Qriqoryanla görüşüb
Avropa liderləri G7 sammitində Trampla görüşüb Ukraynanı dəstək məsələsini müzakirə edəcək
2026 Dünya Kuboku ABŞ iqtisadiyyatına 17 milyard dollar gəlir gətirə bilər
İsveçrəlilər əhalinin 10 milyon nəfərlə məhdudlaşdırılması təşəbbüsünü rədd ediblər - YENİLƏNİB
İsrail şimal bölgəsinə edilən dron hücumlarına cavab verdiyini açıqlayıb
İran-ABŞ arasındakı razılaşma layihəsində yeni təkliflər var
Almaniya Avropanın ən güclü ordusunu qurmağa hazırlaşır
Nyu-Yorkda çempionluq sevinci faciə ilə nəticələnib, Tayms meydanında yeniyetmə güllələnib - FOTOLENT
ABŞ və İran arasında virtual sülh razılaşmasında Vens və Qalibaf iştirak edəcək
25 avtomobil yolunda sel suları nəticəsində zədələnmiş infrastrukturun bərpası aparılır - VİDEO
Zelenski: “Ukrayna dronları Rusiyada neft obyekti və "Azot" zavodunu vurub”
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib
Hizbullah son 24 saatda İsrailə qarşı 22 hücum həyata keçirib
AZAL: Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
Nizami rayonunda 30 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - VİDEO
KİV: Fon der Lyayen Kallasla münaqişəyə görə islahatlara başlayır
Azərbaycanın rayonlarında yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
ABŞ və İran rəsmiləri razılaşmanı virtual imzalanmağa hazırlaşır
Rusiyanın Oryol şəhərinə dron hücumu olub, bir nəfər ölüb, doqquz nəfər yaralanıb
Böyük Britaniya Rusiyanın neft tankerini saxlayıb
Ağdamda ildırım düşməsi nəticəsində mağaza və mebel sexində baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTOLENT
Daşkəsəndə sel suları yol çökməsinə səbəb olub - FOTOLENT
DİM Tovuzda qabiliyyət imtahanında iştirak etməli olan abituriyentlərə müraciət edib
İsrail ordusu Livanın Məcdal Zoun bölgəsinə dronlarla hücum edib
Türkiyə millisinin baş məşqçisi: "Hər şeyi sınadıq, təkcə qolumuz çatışmadı"
Mədəniyyət Nazirliyi Hidayət Orucovun vəfatı ilə bağlı başsağlığı verib
Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
KİV: Rusiya Ukraynadakı müharibədə ciddi kadr çatışmazlığı ilə üzləşib
DÇ: Türkiyə çempionata məğlubiyyətlə başlayıb - YENİLƏNİB
Moskvaya doğru hərəkət edən dörd PUA vurulub
Ukrayna dronları Rusiyanın ən böyük kimya zavodlarından birini vurub
ABŞ və İran razılaşması bu gün imzalana bilər
Sumqayıtda Milli Qurtuluş Günü qeyd olunub - FOTO
Qrossi: AEBA ABŞ-İran razılaşmasının icrasına nəzarətdə vasitəçi olmağa hazırdır
Türkiyə millisinin oyununu izləmək üçün minlərlə azarkeş küçələrə toplaşıb - FOTO
DÇ-2026: Şotlandiya Haiti üzərində minimal hesablı qələbə qazanıb
ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb
FT: Konqodakı Ebola epidemiyası gələcək qlobal pandemiyanın məşqi ola bilər
NYT: ABŞ-ın bəzi ştatlarında separatçı meyllər güclənir