Bank Of Baku

Böyük Britaniyada nazirliklərin büdcələri azaldılır, pensiya yaşı 66-ya qaldırılır

Böyük Britaniyada nazirliklərin büdcələri azaldılır, pensiya yaşı 66-ya qaldırılır
# 21 oktyabr 2010 08:39 (UTC +04:00)
Bakı - APA-Economics. Böyük Britaniyanın maliyyə naziri Corc Osborn sosial ödənişlərin 7 mlrd. funt sterlinq ixtisar olunduğunu bəyan edib.

APA-Economics”in “BBC News”a istinadən xəbərinə görə, büdcə xərclərinin azaldılması müxtəlif tədbirlər, o cümlədən əmək qabiliyyətsizliyinə görə müavinətlərin ixtisarı, bir sıra vergi və yaşayış güzəştlərinin ləğvi vasitəsilə həyata keçiriləcək.

C.Osborn Birləşmiş Krallığın İcmalar Palatasında çıxış edərkən bildirib ki, yaxın dörd il ərzində büdcə xərcləri 81 mlrd. dollar civarında azaldılacaq: “Borc böhranı təhlükəsi bu tədbirlərin həyata keçirilməsini zəruri edir”.

Orta hesabla ayrı-ayrı nazirliklərin büdcələri 19% azaldılacaq. Vergi Xidmətinin xərcləri 15% ixtisar ediləcək. Daha ciddi ixtisarlar Xarici İşlər Nazirliyinin büdcəsində aparılacaq - 24%. Bu, ilk növbədə nazirliyin daxili aparatı əməkdaşlarının ixtisarı hesabına olacaq.

Nazir onu da qeyd edib ki, 2018-2020-ci illərdə Böyük Britaniyada pensiya yaşı 65-dən 66-ya qaldırılacaq. 2015-ci ilə qədər ölkədə yarım milyon iş yeri ixtisara düşəcək.

Xatırladaq ki, Devid Kemeron hökuməti 2010-cu ilin əvvəlində keçirilən seçkilərdə qalib gəldikdən dərhal sonra büdcə xərclərinin ixtisar olunacağını bəyan edib. Buna səbəb dövlət borcunun sürətlə artmasıdır. Son iki ildə dövlət borcu 5-% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR