Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı iki saziş imzalayıb

Azərbaycan Beynəlxalq Bankı iki saziş imzalayıb
# 21 oktyabr 2010 08:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün Bakıda keçirilən “Maliyyə institutları MDB iştirakçısı dövlətlərin iqtisadiyyatlarının struktur modernləşdirilməsinin əsasıdır” mövzusunda MDB-yə üzv olan ölkələrin III Bakı Beynəlxalq Bank Konfransı çərçivəsində Azərbaycan Beynəlxalq Bankı (ABB) iki saziş bağlayıb.

APA-Economics”in xəbərinə görə, ABB ilk olaraq “Coinstar Eurasiya LTD” şirkəti ilə “Cash to Card” layihəsi üzrə saziş bağlayıb. Bu layihə çərçivəsində ABB tərəfindən emissiya olunmuş plastik kartlar vasitəsilə, onların hesabına vəsaitlərin köçürülməsi yolu ilə transsərhəd pul köçürmələrini həyata keçirmək mümkündür.

Bundan əlavə, ABB “BelarusBank”la əməkdaşlıq sazişi imzalayıb. Sazişə əsasən, iki iri bank qurumu arasında müxtəlif bank sahələri üzrə əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR