Bank Of Baku

Bakıda Avstriya-Azərbaycan Əməkdaşlıq üzrə Qarışıq Komissiyanın VI iclası keçirilir - FOTOSESSİYA

Bakıda Avstriya-Azərbaycan Əməkdaşlıq üzrə Qarışıq Komissiyanın VI iclası keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 21 oktyabr 2010 09:51 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Bakıda Avstriya-Azərbaycan Əməkdaşlıq üzrə Qarışıq Komissiyanın VI iclası keçirilir.

APA-Economics”in xəbərinə görə, iclasda ikitərəfli və qeyri-ikitərəfli məsələlər müzakirəyə çıxarılıb.

İkitərəfli məsələlər sırasında regionlar və şəhərlər arasında əlaqə, enerji, ekoloji texnologiyalar və təbiətin mühafizəsi, kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı, turizm, tikinti, tibbi texnika, maliyyə və bank sektoru, kommunikasiya və informasiya texnologiyaları sahəsində əməkdaşlıq müzakirə olunur. İclasda müzakirə olunan qeyri-ikitərəfli məsələlər isə Avropa İttifaqı-Azərbaycan münasibətləri və Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyüdür.

Qeyd edək ki, komissiyanın həmsədrləri Azərbaycan tərəfdən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Avstriya tərəfdən isə xarici iqtisadi siyasət və avrointeqrasiya nazirinin müavini Yozef Mayerdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR