Bank Of Baku

«Dəmirbank» son bir ildə aktivlərini 19% artırıb

«Dəmirbank» son bir ildə aktivlərini 19% artırıb
# 21 oktyabr 2010 10:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC-nin aktivlərinin həcmi 2010-cu il oktyabr ayının 1-nə 299,6 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 48,1 mln. manat və ya 19,3% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə müştərilərə verilən kreditlərin həcmi 35,3 mln. manat və ya 19,2% artaraq 219,7 mln. manatı keçib.

Eyni zamanda, okytabrın 1-nə Bankda müştəri depozitlərinin həcmi 97,8 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 80,4 mln. manat təşkil edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 27,9% və ya 17,6 mln. manat artıb.

Oktyabrın 1-nə «Dəmirbank»ın məcmu kapitalı 48,8 mln. manat, o cümlədən nizamnamə kapitalı 19 mln. manat təşkil edib.

Xatırladaq ki, «Dəmirbank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR