Bank Of Baku

Bakıda MDB məkanında dövlətlərarası inkişaf üzrə maliyyə qurumlarının yaradılması imkanları araşdırılır

Bakıda MDB məkanında dövlətlərarası inkişaf üzrə maliyyə qurumlarının yaradılması imkanları araşdırılır
# 21 oktyabr 2010 11:19 (UTC +04:00)
«APA-Economics» xəbər verdiyi kimi, sessiya çərçivəsində bir sıra məruzə dinlənilib ki, burada əsas mövzu MDB məkanında maliyyə və bank sahəsində əməkdaşlıq perspektivləri və onun müxtəlif səviyyələrdə həyata keçirilməsi imkanları ilə bağlı olub.

Tədbirdə çıxış edən Rusiyanın «İnterfaks» Qrupunun kommersiya direktoru Mixail Matovnikov MDB ölkələrinin bank sektorlarının təhlili ilə bağlı geniş məruzəsini təqdim edib, bank sistemlərini müqayisə edib və onların gələcək perspektivlərindən danışıb. Məruzəçi qeyd edib ki, böhrandan zərər çəkmiş iqtisadyyatların tədricən bərpası müşahidə olunsa da, yaxın zamanlarda 2007-ci ildə baş verən kəskin artım templərini gözləməyə dəyməz. Ümumilikdə M.Matovnikov vurğulayıb ki, bütün MDB ölkələrinin bank sistemlərində aktivlərin artım templərinin azalması müşahidə olunur.

Konfransda çıxış edən Maliyyə-Bank Şurası Koordinasiya Şurasının sədri Anatoli Kazakov, «Sberbank», «VTB», «Mosoblbank», «Sədarət» bankının nümayəndələri konfransın vacibliyini vurğulayıb, həmçinin təmsil etdikləri qurumlar barədə ətraflı məlumat verib, əməkdaşlığa hazır və açıq olduqlarını bildiriblər. Bundan başqa, MDB məkanında dövlətlərarası inkişaf üzrə maliyyə qurumlarının yaradılması və iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi baxımından onların səmərəli fəaliyyətinin vacibliyi barədə də söz açılıb.

Bununla yanaşı, tədbirdə Azərbaycan Mərkəzi Bankı Tədqiqatlar və İnkişaf Mərkəzinin baş direktoru Emin Hüseynov öz çıxışında ölkənin bank sisteminin cari vəziyyəti, Mərkəzi Bankın böhrana qarşı görülmüş tədbirləri (uçot dərəcəsi və ehtiyat normalarının endirilməsi, banklara mərkəzləşdirilmiş kreditlərin verilməsi və s.) barədə danışıb. Əlavə olaraq hazırda Mərkəzi Bankın diqqət mərkəzində olan makroiqtisadi kontr-tsiklik modellər, yaxın zamanlarda bankların möhkəmlik və dayanıqlığının qiymətləndirilməsinə yönəldilən yeni normativlərin tətbiqi barədə danışıb.

Toplantıda Azərbaycan və MDB ölkələrinin bankları, MDB Maliyyə-Bank Şurası, beynəlxalq maliyyə təşkilatlarını təmsil edən 200-dək nümayəndə iştirak edir. Konfrans iki gün davam edəcək.

Qeyd edək ki, APA İnformasiya Agentliyi konfransın rəsmi informasiya ğtərəfdaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR