Bank Of Baku

Avstriya banklarına Azərbaycana sərmayə yatırmaq təklif olunub

Avstriya banklarına Azərbaycana sərmayə yatırmaq təklif olunub
# 21 oktyabr 2010 11:44 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan-Avstriya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası əməkdaşlıq komissiyasının bu gün Bakıda işə başlayan iclasında ölkələr arasında maliyyə-bank sektorunda əməkdaşlıq perspektivləri müzakirə olunub. Müzakirələr zamanı Avstriya banklarının Azərbaycan bank sektoruna investisiya yatırması təklif edilib. «APA-Economics»in məlumatına görə, bu təklifi komissiyanın üzvü, maliyyə nazirinin I müavini İlqar Fətizadə səsləndirib.

Avstriya tərəfi ölkə banklarının Azərbaycan bazarına maraq göstərdiyini, o cümlədən Azərbaycan tərəfinə dövlət təminatı ilə 100 mln. avro kredit ayırmaq imkanının olduğunu bildirib. Avstriyalı ekspert Aleksander Behenski isə bildirib ki, hazırda Azərbaycan və Avstriya şirkətləri arasında bu sahədə fəaliyyət göstərən birgə müəssisənin yaradılmasına hazırlıq gedir. Bu şirkətin yaradılması maliyyə sahəsində əməkdaşlığın artırılmasına kömək edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR