Bank Of Baku

Azərbaycan iqtisadiyyatı son bir ildə 4,1% artıb

Azərbaycan iqtisadiyyatı son bir ildə 4,1% artıb
# 21 oktyabr 2010 11:50 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ÜDM-in adambaşına həcmi müvafiq olaraq 2,9% artaraq 3 286,6 manat (4 090,4 ABŞ dolları) təşkil edib.

ÜDM-in 19,5 mlrd. manatı (66,6%-i) iqtisadiyyatın istehsal, 7,9 mlrd. manatı (26,9%-i) xidmət sahələrinin payına düşüb, bu sahələrdə əlavə dəyər müvafiq olaraq 2,8% və 6,4% artıb. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,5%-ni təşkil edib.

Hesabat dövründə sənayedə 15,9 mlrd. manatlıq, yaxud ÜDM-in 54,4%-i qədər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 1,5 mlrd. manatlıq (5,1%), tikintidə 2,1 mlrd. manatlıq (7,1%), topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri üzrə xidmətlər sahəsində 2 mlrd. manatlıq (6,8%), nəqliyyat və anbar təsərrüfatında 1,8 mlrd. manatlıq (6,2%), mehmanxana və iaşə xidmətləri sahəsində 337,5 mln. manatlıq (1,2%), informasiya və rabitə xidmətlərində 600,5 mln. manatlıq (2%), sosial və digər xidmət sahələrində 3,1 mlrd. manatlıq (10,7%) əlavə dəyər yaradılıb.

Qeyd edək ki, 2010-cu ilin yanvar-sentyabr ayları ərzində iqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,2%, neft-qaz hasilatı və emalı sahələrində isə 2,7% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR