Bank Of Baku

Dünyada hər 6 nəfərdən 1-i kredit ittifaqının üzvüdür

Dünyada hər 6 nəfərdən 1-i kredit ittifaqının üzvüdür
# 21 oktyabr 2010 12:28 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün, 21 oktyabr tarixi Beynəlxalq Kredit İttifaqları Günü kimi qeyd olunur. Azərbaycan Kredit İttifaqları Assosiasiyasının (AKİA) Beynəlxalq Kredit İttifaqları Günü münasibətilə yaydığı təbrik məlumatında deyilir ki, dünyanı bürüyən maliyyə böhranı bir sıra maliyyə qurumlarının inkişafına mənfi təsir göstərsə də, bu proses kredit ittifaqlarından demək olar ki, yan keçib. Ötən ilin nəticələrinə əsasən, kredit ittifaqlarının fəaliyyəti qənaətbəxşdir, hətta bu dövrdə inkişaf qeydə alınıb.

Assosiasiyanın İdarə Heyətinin sədri Elçin Bağırovun «APA-Economics»ə verdiyi məlumata görə, bu gün 66 kredit ittifaqı və bir bank AKİA-nın üzvüdür. Ümumilikdə, assosiasiyanın üzvlərinin sayı 16 812 nəfərdir. Kredit ittifaqları şəbəkəsi ölkənin bütün ərazisində fəaliyyət göstərir.

İndiyədək Azərbaycanda kredit ittifaqları tərəfindən ölkə əhalisinə 79,624 mln. manatlıq kredit verilib. AKİA üzvü olan təşkilatların cari kredit portfelinin həcmi 22,242 mln. manat təşkil edir. Hazırda bəzi bölgələrdə - Ucar, Göyçay, Kürdəmir, Zərdab, Cəlilabad, Lerik, Abşeron və Qusarda yeni kredit ittifaqları yaradılmaqdadır.

Xatırladaq ki, kredit ittifaqları dünyanın kredit bazarında mühüm yeri tutur. Onların ümumi kredit portfeli 17 trln. dollardan artıqdır. Dünya əhalisinin hər 6 nəfərindən 1-i kredit ittifaqının üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR