Bank Of Baku

«Standard & Poor’s» agentliyi: Azərbaycan banklarında mülkiyyətin təmərküzləşməsi yuxarı səviyyədədir

«Standard & Poor’s» agentliyi: Azərbaycan banklarında mülkiyyətin təmərküzləşməsi yuxarı səviyyədədir
# 21 oktyabr 2010 13:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan banklarının mülkiyyətlərinin strukturu haqqında informasiyaları digər məlumatlarla müqayisədə daha dolğun, şəffaf və açıqdır. «APA-Economics»in məlumatına görə, bu barədə «Standard & Poor’s» beynəlxalq reytinq agentliyi tərəfindən keçirilən «Azərbaycan banklarının informasiya şəffaflığı» tədqiqatının nəticələrinə həsr olunmuş hesabatda bildirilir.

Tədqiqat Azərbaycanın 30 bankı üzrə aparılıb və 3 komponentdən (mülkiyyətin strukturu, maliyyə və əməliyyat sahəsi, menecmentin strukturu və iş prosesləri ilə bağlı məlumatlar) ibarətdir.

Hesabatda qeyd olunub ki, Azərbaycan banklarının mülkiyyət strukturu haqqında informasiyaları digər informasiyalarla müqayisədə daha şəffafdır və bu komponent 48% səviyyəsində qiymətləndirilib. Maliyyə və əməliyyat haqqında məlumatlar isə 36% səviyyəsindədir.

Tədqiqatda həmçinin göstərilib ki, Azərbaycan bank sektorunda mülkiyyətin təmərküzləşməsi yuxarı səviyyədədir. Belə ki, tədqiqatda iştirak edən bankların 93%-ində bloklaşdırıcı səhm paketi ən azı bir nəfərə məxsusdur və onun buradakı payı 25%-i ötüb keçir. Majoritar səhmdarlar bankların 79%-ində mövcuddur.

Qeyd edək ki, «Standard & Poor’s»un tədqiqatı 111 meyar üzrə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR