Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı daha iki sindikatlaşdırılmış kredit cəlb edəcək

Azərbaycan Beynəlxalq Bankı daha iki sindikatlaşdırılmış kredit cəlb edəcək
# 21 oktyabr 2010 13:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) yaxın vaxtlarda hər biri 130 mln. ABŞ dolları, ümumi həcmi 260 mln. dollar olan iki sindikatlaşdırılmış kredit cəlb edəcək. «APA-Economics»in məlumatına görə, bunu ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib.

C.Hacıyevin sözlərinə görə, bu kreditlərin cəlb edilməsində aparıcı bank rolunda «JP Morgan», «Commerzbank» «Citibank» və digər Avropa bankları çıxış edir.

C.Hacıyev bildirib ki, kreditlərin əsas mahiyyəti böhran zamanı dayandırılmış sindikatlaşdırılmış kreditləşmənin ABB üçün bərpa olunmasıdır. Bankın başçısı qeyd edib ki, kreditlər xərclərlə birlikdə illik 4,5% olmaqla ABB-yə 18 ay müddətinə ayrılıb. Cəlb ediləcək kreditlərin Azərbaycanda müxtəlif sahələrin inkişafı üçün istifadəsi nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR