Bank Of Baku

III Bakı Beynəlxalq Bank Konfransının ilk iş günü başa çatıb

III Bakı Beynəlxalq Bank Konfransının ilk iş günü başa çatıb
# 21 oktyabr 2010 14:24 (UTC +04:00)
«APA-Economics» xəbər verdiyi kimi, sessiyanın mövzusu MDB ölkələri iqtisadiyyatlarının modernləşdirilməsində kommersiya bankları və maliyyə bazarlarının digər iştirakçılarının rolu olub.

Sessiya çərçivəsində səsləndirilmiş məruzələr əsasən maliyyə qurumlarının iqtisadiyyatın kreditləşməsi və sərmayə qoyuluşunda iştirakı, bununla bağlı yaranan risklər, bank kreditləşməsinin ÜDM-ə nisbətinin məqbul səviyyəsi və böhran nəticəsində bunun şərti olması, vəsaitlərin cəlb edilməsində kapital bazarlarında iştirak və bu kimi mövzuları əhatə edib.

Qeyd edək ki, milli və beynəlxalq inkişaf institutları, o cümlədən inkişaf, ixrac-idxal bank və agentlikləri kimi maliyyə inkişaf institutları və müxtəlif növləri olan qeyri-maliyyə inkişaf institutlarının iqtisadiyyatın modernləşməsində istisna rolu barədə «Vneşekonombank» (Rusiya) tərəfindən təqdim edilmiş geniş məruzə xüsusi diqqətlə izlənilib. Burada tarixi misallar, o cümlədən Almaniya, Koreya, Yaponiya kimi ölkələrdə müharibələrdən sonra iqtisadiyyatın bərpası və dirçəlmədə inkişaf banklarının rolu və iştirakı böyük maraq doğurub.

Sessiya çərçivəsində həmçinin «Coinstar Eurasia Ltd.» şirkəti ilə Azərbaycan Beynəlxalq Bankı arasında bu gün imzalanmış saziş çərçivəsində həyata keçiriləcək işlər barədə məlumat verilib ki, bu da modernləşmənin bir nümunəsi kimi göstərmək olar. Belə ki, saziş çərçivəsində pul köçürmələrinin ABB-nin plastik kartlarına birbaşa köçürülməsi innovasiya xarakteri daşıyır və nağd hesablaşmaların azaldılması, müştərilərin rahatlığının təmin edilməsi, bankın pul köçürmələri sahəsində fəaliyyətinin təkmilləşdirilməsi kimi üstünlüklərə malikdir. Bu köçürmələr istənilən valyutada həyata keçirilə bilər və bundan asılı olmayaraq, Azərbaycandakı müştərilər həmin vəsaiti aldıqları zaman onu avtomatik milli valyutaya konvertasiya edə bilərlər.

Bundan başqa, Mərkəzi və Şərqi Avropa Bank Assosiasiyasının baş katibi İ.Lendyel həmin regionun bank sisteminin böhrandan əvvəl və hazırda müşahidə olunan vəziyyəti və göstəriciləri, əldə olunmuş nailiyyətlər və daha çox böhran nəticəsində yaranmış ciddi problemlər barədə ətraflı məlumat verib.

Həmçinin, sessiya çərçivəsində Belarusun «Belarusbank» və Tacikistanın «Aqroinvestbank»ın təqdimatları da dinlənilib.

Qeyd edək ki, konfrans sabah davam edəcək.

APA İnformasiya Agentliyi konfransın rəsmi media tərəfdaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR