Bank Of Baku

Dünya Bankı Azərbaycanla strateji əməkdaşlığa dair yeni proqramın həyata keçiriləcəyini elan edib

Dünya Bankı Azərbaycanla strateji əməkdaşlığa dair yeni proqramın həyata keçiriləcəyini elan edib
# 22 oktyabr 2010 04:14 (UTC +04:00)
Bakı-APA. Dünya Bankı (DB) 2011-2014-cü illərdə Azərbaycanla strateji əməkdaşlığa dair yeni proqramın həyata keçiriləcəyini elan edib. Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Ələmin sözlərinə görə, bu proqram Azərbaycana yardım üzrə əsas sənəd olacaq.

Yeni strategiya Azərbaycan hökumətinin özü üçün müəyyənləşdirdiyi prioritetlərə əsaslanır.

Diqqətin yönəldiləcəyi əsas sahələr arasında iqtisadiyyatın qeyri-yanacaq sektorunun möhkəmlədilməsi, infrastruktur və kənd təsərrüfatının inkişafı da var. Bundan əlavə, söhbət sosial xidmətlərin, o cəmlədən səhiyyə, təhsil, sosial müdafiə və su təchizatının səmərəliliyinin artırılmasından gedir.

Bankın məlumatında bildirilir ki, «növbəti 4 il üçün Azərbaycan hökuməti ümumi məbləği 1 milyard dollar həcmində sərmayə istəyib. İlk iki ildə kreditlərin həcmi 380 milyon dollar ola bilər».

«Azərbaycan iqtisadi böhrandan kifayət qədər uğurla çıxdığına baxmayaraq, iqtisadiyyatın şaxələndirilməsi və sosial xidmətlərin gücləndirilməsi zərurəti ortadadır», deyə Əsəd Ələm bildirib.

Onun sözlərinə görə, «Azərbaycan hökuməti deyilən problemləri həll etməyə hazırlaşdığına görə, DB və Ümumdünya maliyyə korporasiyası yeni strategiya çərçivəsində ölkənin bu istiqamətdəki hərəkətinə dəstək verəcəklər», deyə APA İTAR-TASS-a istinadən məlumat verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR