Bank Of Baku

Gələn ay «United Credit Bank»ın səhmdarlarının toplantısı keçiriləcək

Gələn ay «United Credit Bank»ın səhmdarlarının toplantısı keçiriləcək
# 22 oktyabr 2010 07:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin noyabr ayı ərzində Azərbaycanın «United Credit Bank» ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Azad İsgəndərov bildirib.

A.İsgəndərovun sözlərinə görə, səhmdarların toplaşmasında əsas məqsəd bankın nizamnamə kapitalının artırılması və digər həlli vacib olan cari məsələlərin müzakirə edilməsidir.

A.İsgəndərov bildirib ki, nizamnamə kapitalının hansı həcmdə artırılması hələlik məlum deyil. Qeyd edək ki, hazırda bankın nizamnamə kapitalı 12,108 mln. manatdır.

Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» ASC 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 40,468 mln. manat, kredit portfeli 31,197 mln. manat, depozit portfeli 13,235 mln. manat, məcmu kapitalı isə 12,478 mln. manat təşkil edib. Bankın ölkə üzrə 5 filialı, 5 bankomatı, 7 POS-terminalı və 121 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR