Bank Of Baku

Noyabrda «Rabitəbank»ın səhmdarlarının iclası keçiriləcək

Noyabrda «Rabitəbank»ın səhmdarlarının iclası keçiriləcək
# 22 oktyabr 2010 07:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin noyabr ayının 26-da Azərbaycanın «Rabitəbank» ASC-nin səhmdarlarının növbədənkənar iclası keçiriləcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda bankın nizamnamə kapitalının artırılması və s. məsələlərə baxılacaq.

İclasda səhmdarlar eyni zamanda nizamnaməyə edilən dəyişikliklərlə əlaqədar olaraq bankın Müşahidə Şurasının əsasnaməsinə dəyişikliklərin edilməsi, bankın institutsional inkişaf planının təsdiqi və digər cari məsələləri nəzərdən keçirəcəklər.

Xatırladaq ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 116,876 mln. manat, depozit portfeli 63,805 mln. manat, kredit portfeli 80,827 mln. manat, məcmu kapitalı 13,116 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,103 mln. manat təşkil edib. Bankın hazırda 20 filialı, 27 bankomatı və 129 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR