Bank Of Baku

Daha bir Azərbaycan bankı strateji investora nizamnamə kapitalında iştirak payı satıb

Daha bir Azərbaycan bankı strateji investora nizamnamə kapitalında iştirak payı satıb
# 22 oktyabr 2010 08:14 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, razılaşmaya əsasən, «Rabitabank»ın nizamnamə kapitalında 12,5%-lik iştirak payı IFC-yə, daha 12,5% isə EBRD-yə satılacaq. Bununla əlaqədar, bankın nizamnamə kapitalının əlavə səhm emissiyası vasitəsilə 3,5 mln. manat artırılması nəzərdə tutulub. Səhmlərin alqı-satqı prosesi tam yekunlaşdıqdan sonra bankın nizamnamə kapitalı 35% artaraq 13,5 mln. manata çatacaq.

Qeyd edək ki, səhmlərin qalan hissəsi yerli hüquqi və fiziki şəxslərə məxsusdur.

Xatırladaq ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 116,876 mln. manat, depozit portfeli 63,805 mln. manat, kredit portfeli 80,827 mln. manat, məcmu kapitalı 13,116 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,103 mln. manat təşkil edib. Bankın hazırda 20 filialı, 27 bankomatı və 129 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR