Bank Of Baku

«Bank of Baku»nun mənfəəti son bir ildə 72% artıb

«Bank of Baku»nun mənfəəti son bir ildə 72% artıb
# 22 oktyabr 2010 08:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC-nin aktivlərinin həcmi 2010-cu il oktyabr ayının 1-nə 228,930 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin oktyabrın 1-nə olan analoji göstəricidən 28% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 63% artaraq 137,556 mln. manata, kredit portfeli 29% artaraq 167,572 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 45% artaraq 144,190 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 13% artaraq 37,482 mln. manat, o cümlədən nizamnamə kapitalı 89% artaraq 12,852 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın məcmu gəlirləri 28% artaraq 36,151 mln. manata, xərcləri isə 15,3% artaraq 25,358 mln. manata çatıb. Nəticədə, son bir il ərzində bankın mənfəəti 72% artaraq 2010-cu ilin yanvar-sentyabr ayları üzrə 10,793 mln. manat təşkil edib.

Xatırladaq ki, «Bank of Baku» 1994-cü ilin fevral ayından «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin oktyabr ayının 1-nə bankın ölkə üzrə 15 filialı, 24 bankomatı, 185 POS-terminalı və 478 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR