Bank Of Baku

Xəzəryanı regionda iqtisadi inteqrasiyanın gücləndirilməsi təklif olunur

Xəzəryanı regionda iqtisadi inteqrasiyanın gücləndirilməsi təklif olunur
# 22 oktyabr 2010 09:54 (UTC +04:00)
«APA-Economics» xəbər verdiyi kimi, konfransın ikinci günü ərzində Xəzəryanı regionda infrastruktur və iqtisadiyyatın digər sahələrində əməkdaşlıq və maliyyə qurumlarının fəaliyyətinə həsr olunmuş dəyirmi masa keçirilib.

Dəyirmi masa çərçivəsində regionda infrastruktur, ekologiya, neft-qaz hasilatı və nəqli və digər sahələrə aid bir sıra məruzə və çıxışlar dinlənilib. Həmçinin, bu sahələrdə həyata keçirilən investisiya layihələrində maliyyə qurumlarının rolu da müzakirə mövzusu olub. Belə ki, Azərbaycan Beynəlxalq Bankı (ABB) İdarə Heyətinin sədr müavini Emil Mustafayev öz çıxışında Bankın iştirakı ilə Azərbaycan və Rusiyada sənaye, infrastruktur, energetika, ekologiya kimi sahələrdə reallaşdırılan layihələr barədə danışıb. E.Mustafayev bildirib ki, Bankın iştirakı ilə Azərbaycanda metanol zavodunun inşası, külək enerjisi istehsalı parkının yaradılması kimi iri layihələr həyata keçirilir. Əlavə olaraq o, ABB-nin digər ölkələrin, o cümlədən Qazaxıstanın da analoji sahələrində fəaliyyət göstərməyə hazır və əməkdaşlığa açıq olduğunu bəyan edib.

Konfransda çıxış edən Maliyyə-Bank Şurası Koordinasiya Şurasının sədri Anatoli Kazakov isə öz çıxışında Xəzəryanı regionda iqtisadi inteqrasiyanın gücləndirilməsi ilə bağlı bir sıra təkliflər səsləndirib. Natiq regionda birgə gömrük ittifaqının yaradılmasına dair təklifə xüsusi diqqət yetirib. A.Kazakovun sözlərinə görə, bu, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi oxşar qurumun Xəzəryanı regionda da yaradılmasının ilkin mərhələ olacaq. Eyni zamanda A.Kazakov vurğulayıb ki, bunun üçün ilk növbədə siyasi iradə tələb olunur və iqtisadiyyat bunun üçün əlavə stimul olacaq.

Qeyd edək ki, konfransda Azərbaycan və MDB ölkələrini təmsil edən bank və digər maliyyə təşkilatları, beynəlxalq maliyyə institutlarının 200-dək nümayəndəsi iştirak edib.

Konfransın sonunda yekun qətnamə layihəsi qəbul olunub. Gələn həftə layihəyə əlavə və dəyişikliklər edildikdən sonra qətnamənin yekun variantının qəbul edilməsi nəzərdə tutulub.

Xatırladaq ki, APA İnformasiya Agentliyi konfransın rəsmi media tərəfdaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR