Bank Of Baku

Azərbaycan parlamenti 2011-ci il dövlət büdcəsini təsdiq edib

Azərbaycan parlamenti 2011-ci il dövlət büdcəsini təsdiq edib
# 22 oktyabr 2010 10:02 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, iclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, layihəyə edilən dəyişikliklərə əsasən, Milli Məclislə bağlı xərclərə əlavə olaraq 440 min manat, Dövlət Baytarlıq Xidmətinə dərman preparatlarının alınması və epizotik tədbirlər üçün əlavə 500 min manat, Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsinin digər xərcləri çərçivəsində dotasiya şəklində 2,1 mln.manat ayrılıb. Nazir bu dəyişikliklər nəticəsində büdcə xərclərinin artırılmayacağını vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın 2011-ci il dövlət büdcəsinin gəlirləri 12 061 mln. manat, xərcləri isə 12 748 mln. manat həcmində proqnozlaşdırılır. Büdcə tərtib olunarkən neftin 1 barelinin qiyməti 60 ABŞ dolları səviyyəsində götürülüb. Gələn ilin icmal büdcəsinin gəlirləri 15 558 mln. manat, xərcləri isə 15 129 mln. manat həcmində proqnozlaşdırılır. Naxçıvan Muxtar Respublikasının gəlir və xərcləri isə eyni məbləğdə - 393 mln. manat həcmində nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR