Bank Of Baku

Azərbaycanda yaşayış minimumu 9% artırılacaq

Azərbaycanda yaşayış minimumu 9% artırılacaq
# 22 oktyabr 2010 10:16 (UTC +04:00)
«APA-ECONOMICS»in məlumatına görə, bununla bağlı bu gün III çağırış Milli Məclisin son iclasında Azərbaycanın 2011-ci il dövlət büdcəsi zərfi çərçivəsində «Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında» qanun layihəsi təsdiq olunub.

Sənədə əsasən, 2011-ci il üçün əmək qabiliyyəti əhali üçün yaşayış minimumu 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat məbləğində nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanda 2010-cu il üçün yaşayış minimumu 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat məbləğində müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR