Bank Of Baku

Bakıda “Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qoşulması: beynəlxalq təcrübə” adlı konfrans keçiriləcək

Bakıda “Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qoşulması: beynəlxalq təcrübə” adlı konfrans keçiriləcək
# 22 oktyabr 2010 11:00 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Oktyabrın 27-də Bakıda “Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qoşulması: Beynəlxalq təcrübə” adlı konfrans keçiriləcək.

APA-nın məlumatına görə, konfransı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Avropaya İnteqrasiya üzrə Azərbaycan Milli Komitəsi tərəfindən təşkil olunur.

Konfrans Azərbaycanın ÜTT-yə qəbul olunması prosesini və üzvlüyün ölkənin sosial iqtisadi inkişafına təsirini müzakirə etmək və müvafiq beynəlxalq təcrübəni öyrənmək üçün dövlət orqanlarından, beynəlxalq təşkilatlardan və biznes sahəsindən olan bir sıra mütəxəssisləri bir araya gətirəcək.

“Avropa İttifaqı Azərbaycanın çoxtərəfli ticarət sisteminin bir hissəsi olmaq üçün göstərdiyi səylərə böyük əhəmiyyət verir və ona bu istiqamətdə texniki yardım göstərir. 2009-cu ildə Avropa İttifaqı tərəfindən yaradılmış və altı ölkənin, o cümlədən Azərbaycanın daxil edildiyi Şərq Tərəfdaşlıq Proqramı yeni Assosiasiya Sazişi və Dərin və Hərtərəfli Azad Ticarət Sazişinin imzalanması yolu ilə, Azərbaycanın Avropa İttifaqına iqtisadi inteqrasiyası üçün yeni perspektivlər yaradır. Sonuncunun qəbulu üçün Azərbaycanın ÜTT-yə daxil edilməsi şərtdir. Buna görə də ÜTT-yə üzv olmaq Aİ-Azərbaycan əlaqələri üçün xüsusi əhəmiyyət daşıyır”, - deyə Aİ-nin Azərbaycandakı nümayəndəliyin məlumatında bildirilir.

Xatırladaq ki, Azərbaycan 1997-ci ildən Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük yolunda olub, iqtisadiyyat və ticarətin müvafiq sahələrində bir sıra islahatları öz üzərinə götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR