Bank Of Baku

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsinə dəyişikliklər edilib

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsinə dəyişikliklər edilib
# 22 oktyabr 2010 11:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Milli Məclisi «Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında» qanuna əlavə və dəyişiklikləri təsdiqləyib.

«APA-Economics»in məlumatına görə, dəyişikliklə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2010-cu il büdcəsinin gəlirləri 1 768 548 118 manat, xərcləri 1 786 mln. manat məbləğində təsdiqlənib. Bundan başqa, büdcənin bir sıra bəndlərində göstərilən rəqəmlərdə də dəyişikliklər edilib. DSMF-nin büdcəsinin xərclərinə pensiya islahatları üzrə qrant layihələrində Azərbaycan tərəfinin payının maliyyələşdirilməsi ilə bağlı vergi öhdəliklərinin yerinə yetirilməsi üçün 120 min manat vəsait əlavə olunub.

Başqa bir əlavəyə əsasən, DSMF-nin 2010-cu il büdcəsinin gəlir və xərcləri arasındakı 17 451 882 manat məbləğində fərq Fondun mərkəzi aparatının və yerli orqanlarının hesablarında 2010-cu il 1 yanvar tarixinə qalan vəsait hesabına maliyyələşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR